» » Sosial sığorta haqları 8 dəfə artıb

Sosial sığorta haqları 8 dəfə artıb

Bölmə: Sosial
Sosial sığorta haqları 8 dəfə artıbGələn il Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin böyük hissəsini sosial sığorta haqları təşkil edəcək.

Xalqinfo.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Fondun sədri Elman Mehdiyev Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il üçün büdcə layihəsi barədə danışarkən deyib.

Onun sözlərinə görə, 2015-ci ildə Fondun büdcə gəlirinin 64%-ni sosial sığorta haqları təşkil etməsi ilə yanaşı, dövlət büdcəsindən ayrılan transfertin xüsusi çəkisi də 36%-ə enəcək.

E.Mehdiyevin sözlərinə görə, Azərbaycanın müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə iqtisadiyyatdakı əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi qurulub ki, bu şəraitdə ölkə iqtisadiyyatının inkişafına uyğun sosial sığortaya cəlb olunan əməkhaqlarının artımı DSMF-nin gəlirlərinin artımını da şərtləndirir:
“Pensiyaların və fərdi hesablara toplanan sosial sığorta kapitallarının inflyasiya nəzərə alınmaqla hər il indeksləşdirilməsi isə sistemin mənfi fiskal təsirlərdən səmərəli şəkildə qorunmasını təmin edir. Ölkəmizdə iqtisadi həyatın pensiyaçıların sosial müdafiəsi ilə uzlaşdırılmasının davamlı inkişaf tələblərinə cavab verən çevik modeli fəaliyyət göstərir ki, bu əsasda formalaşan Fondun büdcəsi makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı nəticəsində əldə olunan potensialın əhəmiyyətli hissəsinin pensiyaçıların sosial müdafiəsinə yönəldilməsi mexanizmini ifadə edir. Həmin mexanizmin çevik fəaliyyəti nəticəsində ölkədəki iqtisadi inkişafa uyğun olaraq orta aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin açılması və qeydiyyatın gücləndirilməsi hesabına son 10 il ərzində Fondun büdcəsinə daxil olmuş sosial sığorta haqlarının məbləği 8 dəfə artaraq 1 milyard 780 milyon manata çatıb”.

Fond sədri əlavə edib ki, DSMF-nin 2015-ci ildə sosial sığorta haqları üzrə gəlirləri 1 milyard 950 milyon manat məbləğində nəzərdə tutulur. Növbəti ildə 60 yaşdan yuxarı şəxslərin əhalinin cəmi sayındakı xüsusi çəkisinin 9,2% təşkil edəcəyi nəzərə alınarsa, bu kateqoriyanın əhalinin strukturundakı payının hər 1 faizinə ÜDM-in 0,50%-i qədər pensiya xərci düşür ki, bu da beynəlxalq aləmdə qəbul edilmiş göstəriciyə (0,3-0,48%) uyğundur.

Fondun 2015-ci il üçün büdcə proqnozları barədə məlumat verən E.Mehdiyev bildirib:
“Növbəti il üzrə fondun büdcə layihəsi hazırlanarkən əsas inkişaf göstəriciləri, eləcə də növbəti il üzrə ölkədə orta aylıq əmək haqqının artım göstəriciləri nəzərə alınıb”.

Qeyd olunub ki, layihədə DSMF-nin 2015-ci il üçün gəlirləri 3 milyard 56 milyon manat proqnozlaşdırılır ki, bu da 2014-cü ilin göstəricisinə nisbətən 127,8 milyon manat və ya 4,4 faiz çoxdur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler