Azərbaycan bu il 8934 dəfə silkələndi - HesabatBölmə: Sosial
Respublika Seysmoloji Xidmət Mərkəzində AMEA Yer Elmləri bölməsi və Mərkəzin Elmi-Texniki Şurasının birgə iclası keçirilib. Axar.az xəbər verir ki, AMEA Yer Elmləri bölməsinin akademik-katibi Fəxrəddin Qədirovun sədrliyi ilə keçirilən iclasda AMEA nəzdində RSXM-nin 2017-ci ildə apardığı elmi və elmi-istehsalat işlərinin nəticələrinə dair hesabatı müzakirə edilib. İllik hesabatı Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli təqdim edib. Q.Yetirmişli seysmoloji tədqiqatların nəticəsi haqqında danışarkən bildirib ki, 2017-ci il ərzində hesabat gününə qədər 8934 yeraltı təkan qeydə alınıb. Onlardan 3642 yerli, 2087 yaxın və 3205 uzaq zəlzələlərdir. İl ərzində Azərbaycan ərazisində maqnitudası 3-dən böyük olan 78 zəlzələ qeydə alınıb ki, onlardan 26-sı hiss olunub. Hesabat ili ərzində ən güclü hadisə Ağdam ərazisində baş verib. 15 noyabrda yerli vaxtla saat 23:48:02-də Ağdam ərazisində maqnitudası 5.7 olan zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|