» » “Grand Hospital”da əməliyyat zamanı daha bir ölüm

“Grand Hospital”da əməliyyat zamanı daha bir ölüm

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
“Grand Hospital”da əməliyyat zamanı daha bir ölümBakıda daha bir klinikada ölüm olub.

Xalqinfo.az xəbər verir ki, Nərimanov rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə “Grand Hospital”da qeydə alınıb. Ürəyindən əməliyyat olunan 1962-ci il təvəllüdlü Qasımov Nurağa Hüseynağa oğlu əməliyyatdan sonra dünyasını dəyişib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, bir müddət əvvəl dekabrın əvvəlində sözügedən klinikada 20 yaşlı qız əməliyyat zamanı komaya düşərək vəfat etmişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler