» » Bu xidmətlərin qiyməti dövlət tərəfindən müəyyənləşəcək

Bu xidmətlərin qiyməti dövlət tərəfindən müəyyənləşəcək

Bölmə: Sosial
Bu xidmətlərin qiyməti dövlət tərəfindən müəyyənləşəcək
Nazirlər Kabineti “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edib.

Xalqinfo.az Apa-ya istinadən xəbər verir ki, “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanın 3.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə sözügedən siyahıda aşağıdakı məzmunda 44-47-ci hissələr əlavə edilib:

44. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinə ödədiyi illik haqq

45. Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsinə görə haqq

46. Nəzarət markasının alınmasına görə haqq

47. Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədi ilə istifadəsinə görə haqq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler