» » "Namus-qeyrət anlayışından əl çəkməliyik" -

"Namus-qeyrət anlayışından əl çəkməliyik" - Azərbaycanlı alim

Bölmə: Sosial
"Namus-qeyrət anlayışından əl çəkməliyik" - Azərbaycan dinşünası, fəlsəfə tarixçisi, ədəbi-fəlsəfi esselər müəllifi Aydın Əlizadənin fikirləri diqqət çəkib.

Xalqinfo.az-ın məlumatına görə, o, sosial problemlər haqqında yazarkən bildirib ki, azərbaycanlılar namus-qeyrət anlayışlarından əl çəkməlidirlər.

"Müsəlmanlıq təkcə "Allahdan başqa tanrı yoxdur" demək deyil. Bütlərin heykəllərini də dağıtmaq deyil. Çünki heykəlləri dağıtmaq heç də daxili bütlərdən azad olmaq deyil. Əsas məsələ daxili, içəridə olan bütlərin qırılmasıdır. Daxili bütlər də insanın ana-ata tərbiyəsi, öyrəncəli həyatı, oturuşmuş dünyagörüşü, inancları, namus-qeyrət anlayışları, adət-ənənələri kimi şeylərdir. Onlardan azad olmayana qədər "Allahdan başqa tanrı yoxdur" kəlməsi boş və mənasızdır. Bir Tanrıya yalnız onda inanılır ki, bütün bütlər qırılmış olur. Onları qırandan sonra anlayırsan ki, o Tanrı elə sən özünsən!"

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler