» » Tanınmış jurnalist vəfat etdi

Tanınmış jurnalist vəfat etdi

Bölmə: Sosial
Tanınmış jurnalist vəfat etdiQarabağ müharibəsini işıqlandırmış tanınmış jurnalist Tatyana Çaladze vəfat edib.

“Xalqinfo” APA-ya istinadən xəbər verir ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov T. Çaladzenin ötən gecə vəfat etdiyini bildirib.

Mərhum jurnalist bu gün Yasamal rayonunda Qurd qapısı qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, T. Çaladze Latviyada anadan olub, yerli qəzetlərdə çalışıb. Qarabağ münaqişəsini işıqlandırmaq üçün 1992-ci ildə Azərbaycana gələn T. Çaladze qəlpə yarası alıb. Jurnalist Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çoxlu sayda məqalə müəllifidir. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə 2010-cu ildə T. Çaladzeyə Əməkdar jurnalist adı verilib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler