» » Sabirabad Sənaye Məhəlləsinin təməli qoyuldu -

Sabirabad Sənaye Məhəlləsinin təməli qoyuldu - Prezident dünən sərəncam vermişdi

Bölmə: Sosial
Sabirabad Sənaye Məhəlləsinin təməli qoyuldu - Bu gün Sabirabad Sənaye Məhəlləsinin təməlqoyma mərasimi olub.

“Xalqinfo”nun məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə sənaye məhəllələrinin yaradılması istiqamətində görülən işlər haqqında dövlət başçısına məlumat verib.

İlham Əliyev Sabirabad Sənaye Məhəlləsinin təməlini qoyub.

Qeyd edək ki, Azərbaycan prezidentinin dünən imzaladığı sərəncama əsasən, Sabirabadda sənaye məhəlləsi yaradılacaq. İyirmi hektar ərazidə salınacaq bu sənaye mərkəzində yun tədarükü, pambıqtəmizləmə, taxta, plastik məmulatlar və tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələri və logistika mərkəzinin fəaliyyət göstərməsi planlaşdırılır.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler