» » Sabah Bakının bir hissəsində təbii qaz olmayacaq –

Sabah Bakının bir hissəsində təbii qaz olmayacaq – Xəbərdarlıq

Bölmə: Sosial
Sabah Bakının bir hissəsində təbii qaz olmayacaq –
Sabah Bakı şəhəri Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, “Azəristiliktəchizat” ASC-yə məxsus qazanxananı təbii qazla təmin edən diametri 159 mm-lik orta təzyiqli qaz xətti üzərində quraşdırılmış siyirtmənin yenisi ilə əvəzlənməsi zəruriyyəti ilə əlaqədar, noyabrın 21-də saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonu Qara Qarayev, E. Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A. Manafov və Nəvai küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler