» » İyirmi birinci əsrdə qaranlıqda yaşayanlar -

İyirmi birinci əsrdə qaranlıqda yaşayanlar - Hökməlidən şikayət

Bölmə: Sosial
İyirmi birinci əsrdə qaranlıqda yaşayanlar -Abşeron rayonu, Hökməli qəsəbəsi Nübar, Atyalı yaşayış massivinin Zərifə Əliyeva küçəsinin sakinləri qafqazinfo-ya müraciət edib.

Onlar bildirir ki, yaşadıqları ərazidə normal yoldan, elektrik enerjisindən və zibil daşınmasından məhrum olublar:

“Ərazidə ilin müxtəlif fəsillərində xüsusilə də payız-qış aylarında işıqlar mütəmadi olaraq sönür, qəsəbədaxili yollarda palçıq dizə çıxır. Biz aidiyyəti orqanlara, Abşeron rayon İcra hakimiyyətinə, Hökməli bələdiyyəsinə mütəmadi müraciət də etmişik, amma nəticə yoxdur. Yola, küçələrə adi çınqıl belə yaymaq istəmirlər. Bir neçə aydan sonra qış fəsli gəlir. Bir balaca yağış yağan kimi palçıq dizə çıxır, işıqlar saatlarla, günlərlə sönür. 21-ci əsrdə bu vəziyyət Azərbaycan dövləti, paytaxtın 3 km-liyində yerləşən bir ərazi üçün nə qədər paradoksaldır?”.

Sakinlər ərazidən şəkilləri də göndəriblər.

İyirmi birinci əsrdə qaranlıqda yaşayanlar -
İyirmi birinci əsrdə qaranlıqda yaşayanlar -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler