» » Deputat Səhiyyə Nazirliyini Qarabağ əlilinə köməyə -

Deputat Səhiyyə Nazirliyini Qarabağ əlilinə köməyə - Çağırdı

Bölmə: Sosial
Deputat Səhiyyə Nazirliyini Qarabağ əlilinə köməyə -
Millət vəkili Qənirə Paşayeva aidiyyatı nazirlikləri 8 nəfərlik kəşfiyyat qrupundan sağ qalan Aqil Əhmədovun müalicəsinə yardım etməyə çağırıb.

Xalqinfo.az-ın Modern.az-a istinadən məlumatına görə, Q.Pşayeva bildirib:

"Bir neçə gün bundan əvvəl bəzi deputat həmkarlarımla birlikdə Texniki Universitetdə döyüş tapşırığını yerinə yetirdikdən sonra düşmən əlinə keçməmək üçün özlərini partladan qəhrəman kəşfiyyatçımızla bağlı filmin təqdimatında olduq. Orada qəhrəman şəhidlərimizin anaları millət vəkillərinə üz tutaraq, bildirdilər ki 8 nəfərlik qrupdan sadəcə bir nəfər Aqil Əhmədov sağ qalıb və o da ağır xəstədir, ciddi əməliyyata ehtiyacı var və biz 7 qəhrəman şəhidin anası övladlarımızın qoxusunu ondan alırıq və xahiş edirik ki onun yüksək səviyyədə əməliyyat olunması məsələsini Milli Məclisdə qaldırasınız və dəstək olasınız.

Aqil Əhmədovla görüşmüşük, doğurdan da onun ciddi əməliyyat və müalicələrə ehtiyacı var. Səhiyyə Nazirliyi, Müdafiə Nazirliyi ümid edirik ki şəhid analarının və bizim müraciətlərimizi nəzərə alaraq, Aqil Əhmədovun xaricdə əməliyyat və müalicəsinin həyata keçirilməsini təmin edəcək və onları bu məsələdə təcili dəstəyə çağırırıq".


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler