» » Fəzail İbrahimlinin oğlundan insanlığa nümunəvi addım

Fəzail İbrahimlinin oğlundan insanlığa nümunəvi addım

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Fəzail İbrahimlinin oğlundan insanlığa nümunəvi addım
İddiaya görə, Bakının Nəsimi rayonu ərazisində deputat oğlunun piyadanı vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Xatırladaq ki, “Report” xəbər vermişdir ki, deputat, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədr müavini Fəzail İbrahimlinin oğlu 1987-ci təvəllüdlü Tural İbrahimli “Jeep Wrangler” markalı “90-BJ-555” dövlət nömrə nişanlı avtomobil ilə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Nurullayev Qərib Şakir oğlunu vurub.

Tibb Universitetinin qarşısında baş vermiş hadisə zamanı piyada xəsarət alıb. O, sürücünün köməyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (“Semaşko”) çatdırılıb.

Xəstəxananın həkimləri yaralının vəziyyətini ilkin olaraq orta-ağır kimi qiymətləndirib.

Bununla bağlı deputatdan məsələnin əslində hansı şəkildə baş verdiyini öyrəndik.

Deputat Fəzail İbrahimli Xalqinfo.az-a açıqlamasında oğlunun heç kimi maşınla vurmadığını bildirdi. O, oktyabrın 2-də oğluTural İbrahimlinin yolda sürüşərək yıxılıb xəsarət almış tələbəyə yardım edərək onu xəstəxanaya apardığını qeyd etdi. "Tələbə və valideynləri Turalın insanlıq borcunu yerinə yetirdiyi üçün öz minnətdarlıqlarını da bildirdilər. Yəqin ki, kömək edərkən görən olub və bunu məhz Turalın etdiyini düşünərək bu cür xəbər yayıblar. Lakin əsli budur. Valideynlərindən və tələbənin də özündən öyrənə bilərsiniz."

Xəsarət almış tələbənin atası Şakir Nurullayev ilə də əlaqə saxladıq və açıqlamasında vurğuladı ki, oğlu Qərib Nurullayevin orta-ağır dərəcəli xəsarət aldığı doğrudur. “Lakin hadisə piyadanın vurulması ilə olmayıb. Deputat Fəzail İbrahimlinin oğlu Tural İbrahimli yolda yıxılaraq xəsarət almış oğlumu xəstəxanaya çatdırmaqda kömək edib. Biz ondan xeyli razıyıq. O bizim övladımıza yardım etdi, Allah da onu darda qoymasın" - deyərək məsələyə bu cür aydınlıq gətirdi.

Qeyd edək ki, T.İbrahimli nazirliklərdən birində çalışır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler