» » Aşura günü Bibi-Heybət məscidində izdiham yaşandı - Fotolar

Aşura günü Bibi-Heybət məscidində izdiham yaşandı - Fotolar

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Aşura günü Bibi-Heybət məscidində izdiham yaşandı - Fotolar
Məhərrəm ayının 10-cu günü olan Aşura günü Bakı məscidlərində əzadarlıq mərasimləri ilə qeyd olunur.

Xalqinfo.az Musavat.com-a istinadən xəbər verir ki, Bibi-Heybət məscidində əza mərasimi ilə yanaşı qanvermə aksiyası da keçirilir.

Hazırda məsciddə izdiham yaşanır. Məscidin həm ibadət otaqlarında, həm də həyətində İmam Hüseyn əzadarları mərsiyə oxuyub, sinə vurur. Aşura günündə Kərbəlada baş verənlərlə bağlı məscidin axundunun möizəsini dinləyən ziyarətçilər göz yaşlarına hakim ola bilmirlər.

Məsciddə ehsanlar da paylanılır.

İnsanların kütləviliyi nəzərə alınaraq, ərazidə güclü mühafizə sistemi qurulub. Həm yolda, həm də məscidin giriş-çıxışında polis nəzarəti gücləndirilib.

Qeyd edək ki, bu mərasim günorta namazı vaxına kimi - "qətl sınana kimi" davam edir.

Xatırladaq ki, Hicri təqvimi ilə 61-ci ildə İmam Hüseynin və silahdaşlarının Kərbəlada şəhid edildiyi bu tarix İslam dünyasında matəm günü kimi qeyd olunur.

Aşura günü Bibi-Heybət məscidində izdiham yaşandı - Fotolar
Aşura günü Bibi-Heybət məscidində izdiham yaşandı - Fotolar
Aşura günü Bibi-Heybət məscidində izdiham yaşandı - Fotolar
Aşura günü Bibi-Heybət məscidində izdiham yaşandı - Fotolar
Aşura günü Bibi-Heybət məscidində izdiham yaşandı - Fotolar
Aşura günü Bibi-Heybət məscidində izdiham yaşandı - Fotolar
Aşura günü Bibi-Heybət məscidində izdiham yaşandı - Fotolar
Aşura günü Bibi-Heybət məscidində izdiham yaşandı - Fotolar
Aşura günü Bibi-Heybət məscidində izdiham yaşandı - Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler