» » Azər Xəlilov ATV-dəki son durumu açıqladı - “İki veriliş bağlandı”

Azər Xəlilov ATV-dəki son durumu açıqladı - “İki veriliş bağlandı”

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Azər Xəlilov ATV-dəki son durumu açıqladı - “İki veriliş bağlandı”
ATV-yə bu gün rəhbər təyin olunan Azər Xəlilov işdən çıxarılanlarla bağlı yayılan xəbərlərə aydınlıq gətirib. O, “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, hələlik kimlərinsə işdən kütləvi şəkildə çıxarılmasından söhbət gedə bilməz:

“Bu dəqiqə bizim kimlərisə işdən uzaqlaşdırmağımızdan danışmaq doğru deyil. Getmək istəyənlərin isə qarşısını kəsmək olmaz. Bu ana olan reallıq ondan ibarətdir ki, işdən getmək üçün 3 nəfər ərizə yazıb və qəbul edilib. Onların arasında Vüqar Qaradağlının qaynı və kanalın vitse-prezidenti vəzifəsini tutan Rauf Dadaşov da var”.

A. Xəlilov bildirib ki, bir həqiqət də var ki, TV-də bu vəziyyətin yaranmasına səbəb olan “ATV-Səhər” və “Yoxlama” verilişlərinə artıq ehtiyac qalmayıb.

Yeni rəhbər deyib ki, ilk işi ATV-nin yaradıcı kollektivi ilə görüşüb situasiyanı təhlil etmək və kanalın doğru istiqamətdə irəliləməsini təmin etməkdir.

O, “CBC”də fəaliyyətini davam etdirib etdirməyəcəyi ilə bağlı məsələnin hələlik konkretləşmədiyini də vurğulayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler