» » Ali təhsilin bakalavriat və magistratura səviyyələrində dəyişiklik

Ali təhsilin bakalavriat və magistratura səviyyələrində dəyişiklik

Bölmə: Sosial
Ali təhsilin bakalavriat və magistratura səviyyələrində dəyişiklik
Ali təhsilin bakalavriat və magistratura səviyyələrində yeni ixtisaslar yaradılıb.

“Xalqinfo”nun APA-ya istinadən məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “ Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı” və “Ali təhsilin magistratura səviyyəsi üzə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda müvafiq dəyişiklik edib.

Dəyişikliyə əsasən bakalavriat səviyyəsi üzrə “Kənd təsərrüfatı ixtisasları qrupu” bölməsində bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik və şərabçılıq ixtisasları, ali təhsilin magistratura səviyyəsi üzrə “Kənd təsərrüfatı ixtisasları qrupu” bölməsində ekoloji kənd təsərrüfatı, “Mədəniyyət və incəsənət ixtisasları qrupu” bölməsində landşaft bağçılığı, “İqtisadiyyat və idarəetmə ixtisasları qrupu” bölməsində aqrobiznes ixtisasları yaradılıb.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler