Sabah 30 dərəcə isti gözlənilirBölmə: Sosial
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. "Xalqinfo"ya daxil olan məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 19-22, gündüz 27-30, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 31-36, dağlarda gecə 9-14, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoz Sentyabrın 9-11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|