» » Tovuzda keçirilən toy mərasimində 20-yə yaxın insan zəhərlənib -

Tovuzda keçirilən toy mərasimində 20-yə yaxın insan zəhərlənib - Yenilənib

Bölmə: Sosial
Tovuzda keçirilən toy mərasimində 20-yə yaxın insan zəhərlənib -
Tovuz rayonunda kütləvi zəhərlənmə olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə "Turan" şadlıq sarayında keçirilən mərasimdə qeydə alınıb. İlkin məlumata görə, 20-yə yaxın insan Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara tibbi yardım göstərilib.

Zərərçəkənlərin nədən zəhərləndikləri məlum deyil. Faktla bağlı araşdırlmalara başlanılır.

***

Tovuz rayonunda fəaliyyət göstərən "Turan" şadlıq sarayında keçirilən mərasim zamanı zəhərlənənlərin adları məlum olub.

"Report" xəbər verir ki, hazırda zəhərlənənlərin 8-ə xəstəxanada tibbi yardım göstərilir. Bunlar 1984-cü il təvəllüdlü Elmar Həsənov, 2008-ci il təvəllüdlü Adilə Hüseynova, 1986-cı il təvəllüdlü Zöhrab Məmmədov, 1958-ci il təvəllüdlü Şahin Məmmədov, 2004-cü il təvəllüdlü Lamiyə Hüseynova, 1983-cü il təvəllüdlü Günay Hüseynova, 1984-cü il təvəllüdlü Hamlet Həsənov, 1983-cü il təvəllüdlü Vasif Həsənovdur.
Son məlumata görə, zəhərlənmiş daha üç nəfər xəstəxanaya gətirilib. Qeyd edək ki, zəhərlənənlərin sayı 20-ə yaxındır.

Onlardan bəzilərinə ambulator yardım göstərilib və xəstəxanadan buraxılıb. İlkin məlumata görə, mərasim iştirakçıları salatdan zəhərləniblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler