» » Tarix boyu elektrik enerjisi olmayan kəndə işıq çəkildi

Tarix boyu elektrik enerjisi olmayan kəndə işıq çəkildi

Bölmə: Sosial, MARAQLI, BLOK XƏBƏR, MANŞET
Tarix boyu elektrik enerjisi olmayan kəndə işıq çəkildi
“Azərişıq” 49 ailə üçün çətin relyefdə əl əməyi ilə elektrik şəbəkəsi qurub.

Xalqinfo.az-ın məlumatına görə, Qurban Bayramı günündə tarix boyu elektrik enerjisi olmayan Astara rayonunun ucqar Şəvqo kəndinə “Azərişıq” ASC tərəfindən işıq verilib.

Meşəliyin içində, çaylar, qayalıqlar arasında, bir sözlə, ən çətin relyefdə yerləşən bu kəndə texnikadan istifadə etmək mümkün olmadığından əl əməyi ilə şəbəkə qurulub.

Ömrü boyu işığı olmayan 49 yaşayış evinin və ya 250-dən artıq insanın elektrik enerjisi ilə təmin edilməsi üçün 2 km 10 kV-luq və 5 km 0,4 kV-luq məsafədə özünüdaşıyan izolyasiyalı naqillərdən ibarət xətti çəkilib. 1 ədəd 10/0.4 kv –luq 63 kva gücündə transformator məntəqəsi quraşdırılıb. Abonentlərin evlərinə 49 ədəd sayğac qoyulub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler