» » Nəsimidə qadınlarla bağlı toplantı keçirildi

Nəsimidə qadınlarla bağlı toplantı keçirildi

Bölmə: Sosial
Nəsimidə qadınlarla bağlı toplantı keçirildi
Nəsimi rayonunda “Azərbaycan milli ideologiyasında qadınların rolu” mövzusunda görüş keçirilib.

Rayon İcra Hakimiyyətindən daxil olan xəbərə görə, tədbirdə Nəsimi rayonunda təhsil, səhiyyə,mədəniyyət müəssisələrində, idarə və təşkilatlarda çalışan, şəhid anaları, veteran ailələri, əmək veteranları, həmcinin rayonun ictimai həyatında fəal iştirak edən qadınlar iştirak edib.

Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki, Azərbaycanın qəhrəman və ziyalı qadınlarının adları coxəsrlik tariximizın səhifələrinə yazılıb. Bu gün isə artıq beynəlxalq aləmin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısı olan Azərbaycan qadınının cəmiyyətdə rolu xeyli artıb.O qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva beynəlxalq aləmdə öz siyasi və ictimai fəaliyyəti ilə Azərbaycan qadınlarını ən yüksək səviyyədə təmsil edir.

Tədbirdə Bakı şəhər icra Hakimiyyəri Başçısının müavini Fidumə Hüseynova cıxış edərək bildirib ki, Azərbaycan qadınının səsi bu gün ən yüksək tribunalardan- dünyanın müxtəlif ölkələrində keçirilən konfrans və tədbirlərdən gəlir.

Tədbirdə şəhid və veteran ailələrinə, rayonun ictimai həyatında fəal iştirak edən bir qrup qadınlara tibbi ləzazimatlardan ibarət xüsusi hədiyyələr təqdim edilib.

Nəsimidə qadınlarla bağlı toplantı keçirildi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler