» » Bu gecə “Sahil” stansiyası bağlanır

Bu gecə “Sahil” stansiyası bağlanır

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Bu gecə “Sahil” stansiyası bağlanır
Bu gecə metronun “Sahil” stansiyasına bağlanacaq və sabah səhər saatlarından etibarən təmir başlayacaq.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən “Qafqazinfo”ya verilən məlumata görə, təmir müddətində stansiyada quraşdırılmış “LT-3” tipli 3 eskalator sökülərək, yerində Almaniyanın “ThyssenKrupp Fahrtreppe” şirkətinin “Viktoriya” tipli 4 eskalatoru quraşdırılacaq.

“Sahil” stansiyasında quraşdırılacaq eskalator əvvəlkilərdən bir çox üstünlükləri ilə fərqlənəcək.

Məlumata görə, eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiyanın əsaslı təmir olunması da nəzərdə tutulub. Bu işlər çərçivəsində stansiyanın mərmər-qranit örtüyü, istismar müddətini başa vurmaqda olan, köhnəlmiş və müasir dövrün tələblərinə cavab verməyən avadanlıqlar yenilənəcək.

Qeyd edilənləri nəzərə alaraq, “Bakı Metropoliteni” QSC sərnişinlərin diqqətinə çatdırır ki, avqustun 20-dən etibarən qatarlar “Sahil” stansiyasında dayanmadan “İçərişəhər” və əks istiqamətdə hərəkət edəcək. Təmir işlərinin 2018-ci ilin iyun ayının sonlarına qədər yekunlaşdırılması nəzərdə tutulur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler