» » Ananın iki uşağı ilə birgə qatarın altına atmasının - Səbəbləri

Ananın iki uşağı ilə birgə qatarın altına atmasının - Səbəbləri

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Ananın iki uşağı ilə birgə qatarın altına atmasının - Səbəbləri
Şəmkir rayonun Zəyəm kəndində baş verən dəhşətli hadisənin təfərrüatları məlum olub.

Bu barədə “Qafqazinfo”ya Zəyəm kənd icra nümayəndəsi Elçin Abbasov məlumat verib. O qeyd edib ki, hadisə bu gün səhər yox, dünən axşam saat 21:00 radələrində baş verib: “Hadisəyə səbəb ailə münaqişəsi olu. Belə ki, vəfat edən Pərvanə Mahmudovanın həyat yoldaşı Nəsrəddin Mahmudov bibisinin himayəsində böyüyüb. Bibisi ilə tez-tez problemləri olurdu. Nəsrəddin KAMAZ şoferidir. Çox mərifətli bir insandır. Dünən hadisədən qabaq o işdə olub. Yəqin, Pərvanə də oğlanın bibisi ilə mübahisə edib. Uşaqları götürüb evdən gedib. Həmin bədbəxt hadisə də bir anlıq olub.

Biz dünən gecə ikiyə kimi orda olmuşuq. Nəsrəddinin doğma ata, anası həyatdadır. Uşaqların biri 2014, digəri isə 2016- cı il təvəllüdlüdür. Oğlanın adı Sənan, qızın adı isə Səmadır. Hələ ki onların meyitləri basdırılmayıb. Bir azdan torpağa tapşırılacaqlar”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler