» » Kooperasiya Universitetində imtahan verənlər üçün vacib xəbər

Kooperasiya Universitetində imtahan verənlər üçün vacib xəbər

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Kooperasiya Universitetində imtahan verənlər üçün vacib xəbər
Xəbər verdiyimiz kimi, bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssiələrinə qəbul imtahanı keçirilib. İmtahan zamanı Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda – idman zalında elektrik naqillərində yanğın baş verib.

Dövlət İmtahan Mərkəzindən "Xalqinfo”ya daxil olan məlumata görə, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də dərhal yanğın baş verən əraziyə gəlib. Yanğının imtahan keçirilən binaya keçmə ehtimalı olmasa da, tüstülənmə olmuş və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün imtahan iştirakçıları imtahan binasından təxliyyə olunması barədə qərar qəbul olunub.

Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən abituriyentlərin nəzərinə çatdırılır ki, DİM tərəfindən onların yenidən imtahan verməsi üçün üçün imkan yaradılacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler