İxtisas seçimi üçün “Abituriyent” jurnalının 4 sayı gələn həftə çıxacaqBölmə: Sosial
“Abituriyent” jurnalının 4 saylı buraxılışı yaxın günlərdə nəşr olunacaq. Ola bilsin ki, bu həftə sonu ya da gələn həftə ərzində abituriyentlərin ixtiyarına veriləcək”. Bunu Modern.az-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə deyib. Onun sözlərinə görə, jurnalda bir çox məsələlər öz əksini tapacaq. ““Abituriyent” jurnalının 4-cü sayında ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, müsabiqə şərtləri, abituriyentin elektron ixtisas seçimi ərizəsini doldurulma qaydası, qəbul aparılan ixtisaslar eyni zamanda ali təhsil müəssisələrinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu öz əksini tapacaq”. İyulun 29-dan avqustun 10-na qədər ixtisas seçimi olacaq. Bundan təqribən iki-üç gün sonra isə kimin hansı ali təhsil müəssisəsinə qəbul olunduğu bilinəcək. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|