Ət bişəndən sonra bu vəziyyətə düşüb - VideoBölmə: Sosial
Sumqayıt sakini Afərin İbrahimova şəhərin 5-ci mk-da qəssəbxanadan aldığı ətin mənşəyinin bəlli olmadığını iddia edib. Xalqinfo.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, o, ət dükanından aldığı ətdən yemək hazırladıqdan sonra rənginin birdən birə dəyişdiyinin şahidi olub. Şikayətçi həmin dükandan tez tez ət aldığını lakin belə bir halla birinci dəfədir rastlaşdığını bildirib. Sözü gedən ət dükanındakı qəssab İlkin Niftəliyev bildirdi ki, müştəriyə ola bilsinki bir gün əvvəl kəsilmiş ət verilib. İlkin Niftəliyev bildirir ki, həmişə onların gətirdiyi heyvanlar yoxlamadan sonra kəsilir. Əllərində sənədi də var. Sumqayit şəhər baytarlıq idarəsindən isə bildirildi ki, nəinki həmin dükanlarda ümumən bütün qəssəbxanalarda satılan ətlərə, hər gün həkim nəzarəti var. Ət satışa çıxarılmazdan əvvəl laborotor müayinədən keçirilir sağlamlıq haqqında rəy verilir. Qəssab deyir ki,tərtəmiz danalar kəsilir, baytar həkim isə bildirir ki, ət kəsim məntəqələrinə hər gün nəzarət olunur. Belə olan halda bəs vətəndaşa satılan bu keyfiyyətsiz ətə görə kim məsuliyyət daşıyır ? Sumqayıt şəhər Baytarlıq idarəsindən oda bildirildi ki, vətəndaşın şikayəti araşdırılacaq. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|