» » Duz gölü "duz çölü"nə çevrilir

Duz gölü "duz çölü"nə çevrilir

Bölmə: Sosial
Duz gölü "duz çölü"nə çevrilirUrmiya gölünün quruması 94 faizə çatıb, göldəki suyun həcmi isə 30 milyard kubmetrdən 2 milyard kubmetrə düşüb.

Xalqinfo.az APA-nın məlumatına əsasən xəbər verir ki, “Anadolu” Agentliyindən verilmiş açıqlamaya görə, dünyanın ikinci böyük duz gölü olaraq tanınan Urmiya (5200 kvadrat kilometr) hazırda böyük bir duz çölünə çevrilməkdədir.

Ətraf mühitin mühafizəsi təşkilatları yağış və qar sularının azalmasından başqa, gölə axan çaylar üzərində 45 bəndin tikilməsini Urmiya gölünün qurumasına əsas səbəblərdən biri kimi göstərirlər. Qeyd olunur ki, İran hökuməti tərəfindən Urmiya gölünün xilası ilə bağlı layihə hazırlanır. Artıq 90 milyon dollarlıq büdcə təsdiqlənib.

Bildirilir ki, İran prezidenti Həsən Ruhani seçkilərdən qabaq 100 gün ərzində Urmiya gölünün qurumasına son verəcəyini vəd etsə də, hələ də bu istiqamətdə ciddi addımlar müşahidə olunmur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler