» » Ana qızının qayınanası tərəfindən öldürüldüyünü iddia edir -

Ana qızının qayınanası tərəfindən öldürüldüyünü iddia edir - Video

Bölmə: Sosial
Ana qızının qayınanası tərəfindən öldürüldüyünü iddia edir -
21 yaşlı gəlindən valideynləri bir aydan çoxdur ki, xəbər ala bilmir.

Xalqinfo.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, Lənkəran rayon sakini Çinarə Həsənli iyunun 3-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Qızın anası iddia edir ki, övladı qayınanasıgil tərəfindən öldürülüb.

Arzu Abkərimovanın sözlərinə görə, qızı 2 ildir ərdədir və ailəsində daim söz- söhbətlər olub. Son dəfə qız, anası ilə telefon əlaqəsi saxlayanda qayınanasının ona işgəncə verdiyini və döydüyünü bildirib.

Qızın anasının sözlərinə görə, övladı hec bir zaman belə etməyib. İşgəncə görsə də, hec vaxt evini tərk etməyib. İndi o, həm 2 yaşlı övladını, həm də ailəsini gözü yaşlı qoyub.

Məsələnin təfərrüatlarını öyrənmək üçün qızın qayınanası ilə telofon əlaqəsi saxladıq. Qayınana Kinəvaz Məmmədova bildirdi ki, o, gəlininə heç bir zaman əl qaldırmayıb və hər hansı bir təziq göstərməyib. O, uşağın da anası üçün ağladığını deyir.

İndi Lənkəran polisi Çinarə Həsənlinin harada olduğunu araşdırır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler