» » Jurnalistlərin binasının yanında yerüstü keçid tikiləcək

Jurnalistlərin binasının yanında yerüstü keçid tikiləcək

Bölmə: Sosial
Jurnalistlərin binasının yanında yerüstü keçid tikiləcək
“Bakının Bibiheybət qəsəbəsində, Yeni Salyan yolunda jurnalistlər üçün tikilən ikinci yaşayış binasının ərazisində yerüstü piyada keçidi tikiləcək”.

"Xalqinfo" xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyi (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib. Onun sözlərinə görə jurnalistlər həmin ərazidə heç bir zolağın olmadığı haqda agentliyə şikayət ediblər:

“Bununla bağlı jurnalist həmkarlarımız bizə müraciət etdi və Bakı Nəqliyyat Agentliyinin əməkdaşları da əraziyə baxış keçirdilər. Müraciət edən urnalistlər ərazidə piyada keçidinin, yəni “zebra”nın çəkilməsini istəyirdilər. Həmin yerdən də bildiyiniz kimi, sürətli yol keçir. Bu səbəbdən orada zolağın çəkilməsi müvafiq hesab edilmədi. Lakin Bakı Nəqliyyat Agentliyi həmin ərazidə yerüstü piyada keçidinin inşa edilməsi ilə bağlı təklif irəli sürdü. Belə ki, ərazidə yaşayış var və xeyli sayda ailə mövcuddur. Orada yaşayan insanların təhlükəsizliyini təmin etmək məqsədilə yerüstü piyada keçidinin olması mütləqdir.

Buna əsasən, Bakı Nəqliyyat Agentliyi təklifi hazırlayıb Nazirlər Kabinetindəki Yol hərəkəti Təhlükəsizliyi Komissiyasına müraciət etdi. Artıq təklifimiz komissiya tərəfindən qəbul edilib və müvafiq tapşırıqlar verilib. Yəqin ki, yaxın vaxtlarda həmin yerüstü piyada keçidinin inşasına başlanılacaq. Yəni jurnalistlərin ikinci binasının yerləşdiyi ərazidə yerüstü piyada keçidi tikiləcək”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler