» » Qadınlara ziyan olan aylar0

Qadınlara ziyan olan aylar0

Bölmə: Sosial, MARAQLI
Qadınlara ziyan olan aylar0

Bir çox xəstəliklər kimi depressiyada ilk növbədə qadınlara ziyan vurur. Xüsusilə hava soyuyanda və günəş az-az görünən bu günlərdə qadınlarda bədbinlik artır.
Depressiyadan çıxış yolunu isə qadınlar adətən yeməkdə görürlər. Amma belə qidalar gözlənildiyi kimi xoşbəxtlik yox, artıq çəki, yorğunluq gətirir.
Bəs payız depressiyasından necə qurtulmaq olar?

Payız depressiyasından qurtulmaq və ya tez çıxmaq üçün bir necə sadə yolu oxucularına təqdim edir.

• Sağlam qidalanın. Karbohidrat və şəkər qan şəkərinin qəfil dəyişməsinə, yorğunluğa səbəb ola bilər. Meyvə tərəvəzin rasiondakı yerini çoxladın.

• Müntəzəm yuxu yuxulayın. Eyni saatda yatıb, qalxmağa çalışın. Bu enerji səviyyənizi tənzimləyəcək. Mövsümü dəyişikliklərə qarşı daha güclü immunitetə sahib olacaqsız.

• Günə yaxşı səhər yeməyi ilə başlayın. Ac qarına evdən çıxmaq ətraf mühitin daha tez təsirinə düşmənizə səbəb ola bilər.

• Dostlara vaxt ayırın. Sevdiyiniz insanlarla zaman keçirmək sizi xoşbəxt edəcək.

• İşdə fasilələr verin. Payızda işlər çoxalır. Amma zehninizin rahatlaması üçün qısa fasilələrlə işləyin.

• Keyif alacağınız işlər görün. Yeni hobbilər, planlarla məşğul olun. Bu özünüzü daha yaxşı hiss etməyə kömək edəcək.

• Yaxşı tətili unutmayın. Gözəl tətil keçirdiyinizi və keçirə biləcəyinizi unutmayın. Bu xatirələr sizi motivasiya edəcək.

• Payızda da yay-yazdakı kimi sosial həyatınıza, kino, teatr kimi sosial fəallığa diqqəti artırın.

• Qısa yürüyüşlər edin. İdman həm fiziki sağlamlığınız, həm də gözəlliyiniz üçün vacibdir.

Bütün bu addımlardan sonra hələ də özünüzü depressiyada hiss edirsinizsə mütləq mütəxəssis köməyi alın.
00

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler