» » Nazirlikdən müəllimlərin imtahana cəlb edilməsi haqda -

Nazirlikdən müəllimlərin imtahana cəlb edilməsi haqda - Açıqlama

Bölmə: Sosial
Nazirlikdən müəllimlərin imtahana cəlb edilməsi haqda -
“Bildiyimiz kimi, iyulun 1-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılır. Bu proses iyulun 14-dək davam edəcək”.

“Xalqinfo” xəbər verir ki, bu haqda Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov sosial şəbəkədə yazıb.

O, bir daha qeyd edib ki, müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər: “İşə qəbul üzrə müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər iştirak edə bilərlər. Müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimlər də KÖNÜLLÜ şəkildə hazırkı iş yerindən çıxmadan müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilər”.

Cəsarət Valehov əlavə edib ki, hazırda iş yeri olan müəllim imtahana məcburi cəlb edilə bilməz:

“Bu hal daha çox ona xidmət edir ki, müəllim arzu etdiyi yerdə işləmək üçün daha bir imkan əldə etsin. Ancaq heç bir halda müəllim (hazırda çalışan) istəyindən asılı olmayaraq imtahana cəlb edilə bilməz. Təəssüflər olsun ki, bəzən bu halın əksinə dair bizə məlumatlar daxil olur.

Bir daha bildiririk ki, müəllimlərin işə qəbulu təhsil nazirinin müvafiq əmri ilə http://edu.gov.az/…/pedaqoji-kadrlarin-ishe-qebulu-ve-yerde… gerçəkləşir. Bu əmrin 5.2-ci bəndində qeyd olunduğu kimi, pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər MİQ imtahanında iştirak edə bilər”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler