» » 7 kəndinin içməli su təchizatı yaxşılaşdırılır -

7 kəndinin içməli su təchizatı yaxşılaşdırılır - Lənkəranda

Bölmə: Sosial
7 kəndinin içməli su təchizatı yaxşılaşdırılır -
Hazırda 40-dan çox kənddə layihələrin icrası intensiv şəkildə davam etdirilir.

"Xalqinfo"ya "Azərsu"dan daxil olan məlumata görə, Lənkəran rayonunda həyata keçirilən layihə 7 kəndi əhatə edir. Layihə çərçivəsində rayonun Səpnəkəran, Yuxarı Nüvədi, Lüvəsər, Kosalar, Bala Şürük, Tütəpeştə, Gərmətük kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulub.

Lənkəran rayonunun kəndlərinə içməli su 2013-cü ildə istismara verilmiş və məhsuldarlığı sutkada 30 min kubmetr olan Xanbulançay sutəmizləyici qurğusundan veriləcək. 7 kəndi su ilə təmin etmək üçün 36 km uzunluğunda magistral kəmərlərin tikintisinə başlanıb, artıq kəmərlərin 15 km-lik hissəsində işlər yekunlaşıb. Magistral kəmərlərin tikintisi başa çatdıqdan sonra kəndlərdə bulaqlar quraşdırılacaqdır. Tikinti-quraşdırma işlərinin 2017-ci ilin avqustunda tam başa çatdırılması nəzərdə tutulur. Bununla da Lənkəran rayonunun 7 kəndinin 12 mindən artıq sakini keyfiyyətli içməli su ilə təmin olunacaq. Bu layihənin davamı olaraq növbəti mərhələdə daha 8 kəndin içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulur.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler