Bu gündən Azərbaycana turist axını başlayırBölmə: Sosial
"Bu gündən etibarən Azərbaycana turistlərin axını başlayacaq" Xalqinfo.az xəbə verir ki, bu barədə Azərbaycan Turizm Assosiyasının sədri Nahid Bağırov bildirib. Onun sözlərinə görə, "Formula-1" yarışını izləmək üçün, həm də istirahət məqsədilə ölkəmizə çoxlu sayda turist gələcək. "İyunun 23-dən etibarən ilk təyyarə Küveytdən gələcək. Oradan çoxlu sayda turist ölkəmizə daxil olacaq. Bu gündən Bakıda yerləşən otellərdə boş yer tapmaq çətin olacaq. Sentyabr ayına qədər Bakı şəhərində otellər dolu olacaq, xüsusilə 3-4 ulduzlu otellər. 5 ulduzlu otellərə o qədər müraciət etmirlər". N.Bağırov qeyd edib ki, ərəblərlə yanaşı, Rusiya, Ukrayna, Avropa, Asiya ölkələrindən də Azərbaycana turislərin gəlişi gözlənilir. "Bu il ölkəmizə ən çox turist ərəb ölkələrindən gələcək. Ərəblər Bakı ilə yanaşı, Qəbələ, Quba-Qusar bölgəsinə də üz tuturlar. Məndə olan məlumata görə, artıq Qəbələ və Qubada boş yer tapmaq çətindir. Otel nömrələri əvvəlcədən sifariş edilib". N.Bağırov hesab edir ki, Azərbaycan vətəndaşları bu il istirahət üçün ən çox Gürcüstana gedəcəklər. "Bu il Gürcüstana gedəcək vətəndaşların sayı əvvəlki illərdən çox olacaq. Bu, ölkəmizdə otellərdə yerlərin az olması ilə bağlıdır. Türkiyədə isə həmişə olduğu kimi İstanbul, Antaliya, Bodrumda istirahətə üstünlük verəcəklər və bu istqamətdə aktivlik var" Leyla Həsənova |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|