» » Azərbaycanda hektarlarla əkin sahələri sel sularının altında qalıb

Azərbaycanda hektarlarla əkin sahələri sel sularının altında qalıb

Bölmə: Sosial
Azərbaycanda hektarlarla əkin sahələri sel sularının altında qalıb
Goranboy rayonunda pambıq sahələri sel sularının altında qalıb.

Xalqinfo.az Report-a istinadən xəbər verir ki, buna səbəb rayon ərazisindən keçən Goran çayının daşması olub. Nəticədə ətrafda olan 10 hektara yaxın pambıq sahəsini su basıb.

Fermerlər bildirir ki, pambığın çiçək açdığı vaxt olduğuna görə, bitkiyə ciddi ziyan dəyib.

Goranboy Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, ötən gün yağan güclü dolu və yağışdan sonra rayonda fəsadların yarandığı ərazilərə baxışlar davam edir: “Baş verən təbiət hadisəsi ilə bağlı Rayon İcra Hakimiyyətində komissiya yaradılıb. İcra başçısının göstəriş və tapşırıqlarına əsasən, aşkarlanan problemlərin aradan qaldırılması istiqamətində müvafiq işlər görüləcək”.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler