Universitetin kafedra müdiri vəfat etdiBölmə: Sosial
Sumqayıt Dövlət Universitetinin (SDU) Tarix və coğrafiya fakültəsinin Tarix və onun tədrisi metodikası kafedrasının müdiri, professor Həmid Alıyev vəfat edib. Report-un məlumatına görə, H.Alıyev 64 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Alıyev Həmid Alıhüseyn oğlu1953-cü il dekabrın 6-da Zərdab rayonun Şahhüseynli kəndində anadan olub. 1975-ci ildə S.M.Kirov adına ADU-nun (indiki BDU-nun) "Tarix" fakültəsinə daxil olub və 1981-ci ildə təhsilini başa vurub. 1989-cu ilədək Bakı şəhər 71№ li orta texniki peşə məktəbində tarix və ictimaiyyət müəllimi vəzifəsində işləyib. Həmin ildən 2002-ci ilədək Ç.İldırım adına AzPİ (indiki AzTU)-də müəllim, baş müəllim və kafedra müdiri vəzifələrində çalışıb. 1994-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitunun "Müasir dövr" şöbəsinin dissertantı təsdiq olunub, 1999-cu ilin yanvar ayında dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib "Tarix elmləri namizədi alimlik dərəcəsi" adına layiq görülüb. 2002-ci ilin sentyabr ayında SDU-nun "Ümumi tarix" kafedrasına dosent vəzifəsinə təyin edilib. 2003-cü ilin noyabr ayında isə "Tarix" fakültəsinə dekan müavini vəzifəsinə təyin edilib. 2007-ci ildə SDU-nun Azərbaycan tarixi (hum.ixt.üz.) və tarixin tədrisi metodikası kafedrasında doktorant təsdiq olunub. 2014-cü il 1 fevral tarixində doktorluq dissertasiyasını uğurla müdafiə edib. SDU-nun Elmi Şurasının 29.12.2016-cı il tarixli iclasının 04 saylı protokoluna əsasən professor vəzifəsinə seçilib. Prof.H.A.Alıyev 80-dən artıq elmi məqalə, o cümlədən 4 monoqrafiya, 2 dərs vəsaiti və 1 metodik vəsaitin müəllifidir. Bu ildən Tarix və onun tədrisi metodikası kafedrasının müdiri vəzifəsini icra edib. Ailəli idi, dörd övladı var. Leyla Həsənova |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|