» » Şəhid bulaqları ilə bağlı qərar verildi –

Şəhid bulaqları ilə bağlı qərar verildi – Millət vəkili

Bölmə: Sosial
Şəhid bulaqları ilə bağlı qərar verildi –
"İndi Azərsu Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı ilə danışdım".

Xalqinfo.az xəbər verir ki, bunu sosial şəbəkədəki hesabında Milli Məclisin Mingəçevirdən seçilmiş deputatı Aydın Mirzəzadə bildirib.

Aydın Mirzəzadə daha sonra yazıb:

“Mətbuat katibi bildirdi ki, cəmiyyətin sədri Qorxmaz Hüseynovun tapşırığına əsasən, Mingəçevirdəki altı şəhid bulağının aylıq ödənişləri “Azərsu”nun hesabına ödəniləcək”.

Qeyd edək ki, bir neçə gün öncə Mingəçevir şəhərində şəhid bulaqları ilə bağlı problem yarandığı məlum olub. Şəhərdə şəhidlərin adını daşıyan bulaqlardan ya su gəlmir, ya da onlara sayğac quraşdırılıbmış.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler