» » Azərbaycanda siqaretlə bağlı qadağalar artırılır

Azərbaycanda siqaretlə bağlı qadağalar artırılır

Bölmə: Sosial
Azərbaycanda siqaretlə bağlı qadağalar artırılır
Azərbaycanda tütündən (siqaretdən) istifadə ilə bağlı daha bir qadağa qoyulur.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Tütün və tütün məmulatları haqqında” qanuna təklif edilən əlavələr müzakirə olunub.

Qanunun 20-ci (tütün məmulatının satışında həvəsləndirmə üsullarının məhdudlaşdırılması) maddəsinə təklif edilən əlavəyə əsasın, tütün məmulatının ticarətinə icazəsi olan hüquqi və fiziki şəxslərə məhsul satışında istehlakçıların həvəsləndirilməsi üçün stimullaşdırıcı lotereyaların keçirilməsi də qadağan olunur.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler