» » Azərbaycanda bu verilişlərdə reklamın verilməsi qadağan edilir

Azərbaycanda bu verilişlərdə reklamın verilməsi qadağan edilir

Bölmə: Sosial
Azərbaycanda bu verilişlərdə reklamın verilməsi qadağan edilir
Azərbaycanda uşaqlar üçün verilişlərin reklamla kəsilməsi qadağan edilir.

Xalqinfo.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı “Uşaq hüquqları haqqında” qanuna yeni əlavələr təklif edilir.

Qanuna əlavələrin edilməsini nəzərdə tutan layihəyə görə, alkoqollu içkilərdən istifadə olunması ilə bağlı uşaqlara müraciət edilməsi, uşaqlar üçün proqramların (verilişlərin) alkoqollu içkilərin reklamı ilə kəsilməsi qadağandır.

Əlavəyə əsasən, dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərində, albomda reklam yerləşdirilə bilməz.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler