» » 230 saylı məktəbdə sərgi təşkil olunub

230 saylı məktəbdə sərgi təşkil olunub

Bölmə: Sosial
230 saylı məktəbdə sərgi təşkil olunub
May ayının 19-da Xəzər rayonu Fuad Fərhadoğlu adına 230 saylı məktəbdə keçirilən “Muzeylər və İslam həmrəyliyi”, “ Muzeylər ayı” mövzusunda məktəbimizin daxilində təşkil edilən tarix muzeyi ilə bağlı eksponatların şagirdlərə təqdim edilməsi istiqamətində Əsədova Qərənfilin hazırladığı məlumat xarakterli mətn:

Muzeyimizdəki geyimlərimizi qadın, kişi və uşaq geyimləri kimi qruplaşdırmaq olar.

Kişi milli geyimi alt və üst geyimlərdən ibarət olmuşdur. Bu dəstə - papaq, alt və üst köynək, arxalıq, çuxa, şalvar, çarıq, uzunboğaz çəkmə və s. daxil idi.

Ənənəvi qadın geyimi də alt və üst geyimlərdən ibarət idi. Alt geyimi - alt köynəyi, cütbalaq və darbalaqdan, üst geyimi isə üst köynəyindən, arxalıqdan, çəpkəndən, küləcədən, kürdüdən, ləbbadədən, bir neçə tumandan və çaxçurdan ibarət olub, başa kəlağayı, ləçək, çadra bağlayar, ayaqlarına məst, nəleyin, cust geyərdilər.

Ustalarımızın hazırladıqları müxtəlif təyinatlı qabları isə təyinatına görə qruplaşdırsaq, təqribən aşağıdakı təsnifatı alarıq:

1) Təsərrüfat qabları: antik dövrə aid olan bu cür qablar içərisində məhsul saxlamaq üçün nəzərdə tutulmuşdur.
2) Süfrə qabları: kifayət qədər müxtəlif növdə və tərkibdə təmsil olunur ki, hətta onların özlərinin də xüsusi ayrıca təsnifata daxil etmək lazım gəlir.
3) Dekor və suvenir tipli qablar:

Onlardan, adətən, interyer bəzəklərində istifadə olunurdu.

Həmçinin materiallarına görə də bu qabları təsnifləndirmək mümkündür:

1. çini
2. billur, şüşə
3. gil
4. metal kimi qruplara bölmək olar

Numizmatika və qliptika: XIX əsrin sonu - XX əsrin əvvəllərində dünyada gedən iqtisadi və siyasi proseslər istər-istəməz Azərbaycana da təsir edirdi. Milli sənayeçilərimiz satış bazarlarını genişləndirmək, müştərilərinin sayını artırmaq məqsədilə təşkil olunan beynəlxalq sərgilərdə iştirak edərək öz məhsullarını nümayiş etdirirdilər. Əksər zamanlarda bu sərgilərdən uğurlarla geriyə qayıdır, əldə etdikləri medallarla həm daxili, həmdə xarici bazarlarda məhsullarının etibarılılığını və keyfiyyətini təsdiq edirdilər. Hazırda muzeyin farelistika və qliptika fondunda yerli zəhmətkeşlərimizin müxtəlif Avropa ölkələrində keçirilən sənaye sərgilərində uğurlarına görə əldə etdikləri medallar qorunub saxlanılır.

230 saylı məktəbdə sərgi təşkil olunub
230 saylı məktəbdə sərgi təşkil olunub
230 saylı məktəbdə sərgi təşkil olunub
230 saylı məktəbdə sərgi təşkil olunub
230 saylı məktəbdə sərgi təşkil olunub
230 saylı məktəbdə sərgi təşkil olunub
230 saylı məktəbdə sərgi təşkil olunub
230 saylı məktəbdə sərgi təşkil olunub
230 saylı məktəbdə sərgi təşkil olunub
230 saylı məktəbdə sərgi təşkil olunub
230 saylı məktəbdə sərgi təşkil olunub
230 saylı məktəbdə sərgi təşkil olunub
230 saylı məktəbdə sərgi təşkil olunub
230 saylı məktəbdə sərgi təşkil olunub
230 saylı məktəbdə sərgi təşkil olunub
230 saylı məktəbdə sərgi təşkil olunub
230 saylı məktəbdə sərgi təşkil olunub

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler