» » «Səhram Market» kiçik sahibkarların çörəyinə bais olacaq

«Səhram Market» kiçik sahibkarların çörəyinə bais olacaq

Bölmə: Sosial
«Səhram Market» kiçik sahibkarların çörəyinə bais olacaq

Rasim Nəbiyev 1,5 milyon manat xərc qoyaraq daha bir «Səhram Market» açır, bu səbəbdən qəsəbədəki 10 dükan bağlanacaq

Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yeni bir marketin açılışına hazırlıq gedir. «Səhram Market» adlanacaq yeni satış mərkəzinin rəhbəri isə qəsəbədəki çörək zavodunun direktoru Rasim Nəbiyevdir.
Bildirək ki, çörək zavodunun direktoru rəhbəri olduğu «Səhram» MMC-nin əliylə elə zavodun yaxınlığında yerləşən böyük bir obyekti satın alıb. Ardından isə onu təmir etdirərək, gündəlik tələbat mağazasına çevirməyi qərarlaşdırıb. Məlumata görə, Nəbiyev yeni marketin təmiri, avadanlıqlarla təmin olunması üçün 1,5 milyon manata yaxın pul xərcləyib.
Təbii ki, yeni marketin açılması qeyri-adi bir şey deyil. Xüsusən də «Səhram Market» faktiki olaraq Sabunçu rayonunda şəbəkəli şəkildə fəaliyyət göstərir. Lakin burada problemli məsələ odur ki, yeni market açılacağı təqdirdə, ərazidə yerləşən «Akkord» yaşayış binalarının aşağısında və yol kənarında yerləşən 10-a yaxın kiçik və orta həcmli dükanlar bağlanmalı olacaq. Bu barədə həmin ünvanlarda fəaliyyət göstərən obyektlərin sahibləri giley-güzar edirlər.
Səbəbi isə odur ki, «Səhram Market»də qiymətlər adı satışdan 3-5 faiz aşağı olacaq. Eyni zamanda, hədiyyəli kampaniyalar da təşkil olunacaq ki, bu, digər dükanların onunla rəqabət aparmasına imkan verməyəcək. Üstəlik, sahə və dövriyyə baxımından da yenisi köhnələrdən xeyli böyük olacaq.
Rasim Nəbiyevə gəldikdə isə bu şəxsin Bakının ən varlı adamlarından biri olduğu təsdiqini tapmış məlumatdır. Onun hətta bu yaxınlarda oğluna çadır toyu etməsi də qalmaqala səbəb olmuşdu. Çünki «Ülvi» şadlıq sarayının qarşısında çadır qurduran zavod direktoru, Y.Əliyev küçəsində hərəkəti tamamilə məhdudlaşdırmışdı.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. (jam.az)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler