» » Bakının ən TƏHLÜKƏLİ ərazisi -İt sürüsü maşınlara hücum çəkir

Bakının ən TƏHLÜKƏLİ ərazisi -İt sürüsü maşınlara hücum çəkir

Bölmə: Sosial, Kriminal, MANŞET
Bakının ən TƏHLÜKƏLİ ərazisi -İt sürüsü maşınlara hücum çəkir
Çox sayda küçə iti Bakının Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində yerləşən köhnə zavodların, xüsusən də yeni Şüşə zavodunun ərazisini özünə məskən seçib. Bu vəziyyət isə yaxınlıqda yaşayan sakinlərin işini çətinə salıb. Buradakı itlərin yoldan keçən avtomobillərə və insanalara hücum etməsi adi hal alıb.

Xalqinfo.az xəbər verir ki, bu barədə baku.ws-yə şikayət edən sakinlər qorxu içində olduqlarını, özlərinin və azyaşlı uşaqlarının təhlükədə olduğunu bildirib.

"İtlərin yanından avtomobillə keçmək olmur. Maşınlara hücum edirlər. Bəs piyada, qoca, usaq, qadınlar necə keçsin?" - deyə redaksiyamıza müraciət edən sakinlərdən biri bildirib.

Xatırladaq ki, ötən həftə Bakıda küçə iti azyaşlının yanağını dişləyərək qoparıb. Hadisə Səbail rayonunda qeydə alınıb. Son günlər bu cür hadisələr tez-tez baş verir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler