» » BP-də çalışan Azərbaycan vətəndaşlarının sayı azalıb

BP-də çalışan Azərbaycan vətəndaşlarının sayı azalıb

Bölmə: Sosial, İqtisadiyyat
BP-də çalışan Azərbaycan vətəndaşlarının sayı azalıb
2017-ci ilin birinci rübün sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2785 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

Xalqinfo.az xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

Qeyd edək ki, “marja”nın məlumatına görə isə 2016-cı ilin sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2817 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxil olub.

Beləliklə, birinci rübdə BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 32 nəfər azalıb.

“Şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 87%-i yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir, o cümlədən şirkətin regional rəhbər heyətinin tərkibinə altı azərbaycanlı vitse-prezident daxildir.

BP-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir”.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler