» » Baba Rzayev tapşırıqlar verdi

Baba Rzayev tapşırıqlar verdi

Bölmə: Sosial
Baba Rzayev tapşırıqlar verdi
IV İslam Həmryliyi Oyunlarına son hazırlıqlarla bağlı "Azərişıq" ASC-də səhimdar cəmiyyətin sədri Baba Rzayevin rəhbərliyi ilə növbəti toplantı keçirilib.

Xalqinfo”xəbər verir ki, iclasda B. Rzayev bildirib ki, İslam Həmrəylik Oyunlarının keçiriləcəyi ərazilərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı ilə bağlı 2017-ci ilin yanvarında rəhbərlik tərəfindən müvafiq əmr və sərəncamlar imzalanıb. Həmin sərəncamların icrası ilə əlaqədar idman yarışlarının və məşqlərinin keçiriləcəyi obyektlərin, ölkəmizə gələcək nümayəndə heyətlərinin, qonaqların yerləşdiriləcəyi mehmanxanaların, habelə ictimai iaşə, mədəniyyət, əyləncə və digər sosial obyektlərin elektrik təchizat sistemlərinin texniki vəziyyəti yoxlanılıb, elektrik şəbəkələrində müvafiq təftiş və sınaq işləri aparılıb.

Yoxlama-sınaq zamanı bəzi idman obyektlərində müəyyən edilmiş qüsurlarla bağlı rəsmi şəkildə əlaqədar federasiyalara və sözügedən obyektlərə tələbnamələr təqdim edilib. Eyni zamanda, vəziyyətlə bağlı İslam Həmrəylik Oyunlarının Əməliyyat Komitəsi məlumatlandırılıb. Artıq sözügedən obyektlərdə qüsur və çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görülür. Y0arışların hazırlıq dövründə görülən işlərin əlaqələndirilməsi məqsədi ilə Səhmdar Cəmiyyət üzrə Mərkəzi Qərargah da yaradılıb. Oyunların keçiriləcəyi 16 idman obyektini, 25 yarımstansiya və 12 transformator məntəqəsi elektrik enerjisi ilə təmin edəcək. ASC-nin 292 əməkdaşı may ayının 10-a qədər təlim keçəcəklər.

İclasın sonunda B. Rzayev iclas iştirakçılarına tapşırıb ki, qarşıdakı qısa vaxt ərzində bütün məsələlərə bir daha diqqətli yanaşılmalı, ən xırda qüsurlar belə nəzərdən qaçırılmamalıdır.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler