» » Kartof sahələrində xəstəlik yayılıb

Kartof sahələrində xəstəlik yayılıb

Bölmə: Sosial
Kartof sahələrində xəstəlik yayılıb
Tovuzda kartof sahələrində xəstəlik yayılıb.

"Xalqinfo" "Report"a istinadən xəbər verir ki, rayonun Alakol kəndində iki fermerin əkin sahəsində torpağa basdırılan bitkilər məhv olmaq üzrədir.

Kəndlilər deyir ki, illərdir təsərrüfatla məşğul olsalar da, sahələrdə belə vəziyyətə rast gəlinməyib. Təsərrüfatçılar xəstəliyin məhsuldarlığa ciddi ziyan vuracağından narahatdırlar.

Fermer Mübariz Abbasov bildirib ki, 10 hektar sahədə 2 həftədən çoxdur, kartofun yarpaqları saralıb, toxumu isə qaralaraq məhv olub. Fermer sahələrdə yayılan xəstəliyin mənşəyinin bilinmədiyini və bu səbəbdən aparılan dərmanlama işlərinin də təsir göstərmədiyi deyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler