» » Bakının küçələrindən biri təmirə bağlanıb

Bakının küçələrindən biri təmirə bağlanıb

Bölmə: Sosial
Bakının küçələrindən biri təmirə bağlanıb
Xətai rayonu Süleyman Vəzirov küçəsinin təmiri işləri aparılır.

Xalqinfo.az xəbər verir ki, bu barədə “Azəravtoyol” ASC-dən bildirilib.

Məqsəd küçə ilə vətəndaşların rahat və maneəsiz hərəkətini təmin etməkdir. Sözügedən küçənin uzunluğu 700 metr, ortalama eni 12 metrdir.

Təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır. Bunun əvəzinə küçəyə ikiqat olmaqla yeni asfalt örtüyü döşənir. Ümumilikdə yolun 10 min kvadratmetrdən çox hissəsinin asfaltlanması nəzərdə tutulub.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler