» » Azərbaycanda fantastik qiymətə eşşək südü satılır

Azərbaycanda fantastik qiymətə eşşək südü satılır

Bölmə: Sosial
Azərbaycanda fantastik qiymətə eşşək südü satılır
Azərbaycanda eşşək ətinin mal-qoyun əti arasına qatılaraq əhaliyə satılması barədə məlumatlardan sonra eşşək südünün və pendirinin xeyirli olmasıyla bağlı məlumatlar yayılır. İnformasiyalarda eşşək südünün sağalmaz xəstəlik hesab edilən xərçəngdən qorunmaq üçün ən gözəl vasitə olduğu qeyd edilir.

Xalqinfo.az xəbər verir ki, BakiPost.az məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxlayıb. E.Hüseynov Azərbaycanda eşşək südünün 1 litrinin 500 manat olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda eşşək südü satan fermalar olmasa da, yavaş-yavaş bunun üçün hazırlıqlar görürlər:

“Eşşək südü satılmır, amma eşşək xilqətli adamlar yavaş-yavaş eşşək südünün də Azərbaycanda təbliğatını aparırlar. Həkimlər deyir ki, bu heyvalar Azərbaycana yaddır. Ola bilər ki, gizlincə satanlar var. Çünki müəyyən həkimlərin təsiri altında bəzi adamlar bu barədə danışır. Belə getsə düşünürəm ki, Azərbaycanda eşşək südünün satışını həyata keçirəcəklər. Mən bildiyim qədər Azərbaycanda eşşək südünün 1 litri 500 manatdır. Ana südündən dəfələrlə bahadır”.

Birlik sədri keçi pendirinin belə uzun müddətdir Azərbaycanda istehlak olunmadığına diqqət çəkib:

“Keçi də arzu olunan heyvan deyil. Yalnız qoyunların yanında aparılan heyvan olub. Amma indi baha qiymətə keçi pendiri satırlar. Bu onu göstərir ki, eşək əti və südünü də azərbaycanlılara yedizdirmək üçün iş gedir. İstənilməyən insanların Azərbaycanda apardığı siyasət nəticəsində bu baş verə bilər”.

Eyyub Hüseynov onun da əlavə edib ki, hazırda bazarlarda eşşək südündən olan pendir satılmır.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler