» » ÖLKƏ Bakıda mənzillərə istilik verilməməsinin səbəbi məlum oldu

ÖLKƏ Bakıda mənzillərə istilik verilməməsinin səbəbi məlum oldu

Bölmə: Sosial
ÖLKƏ Bakıda mənzillərə istilik verilməməsinin səbəbi məlum oldu
Bakının Suraxanı, Xətai və digər rayonlarında yaşayış binalarının istilik təchizatı ilə bağlı məhdudiyyətlər var.

Xalqinfo.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin Müştərilərə xidmət şöbəsinin rəhbəri Rafiq Əliyev bildirib ki, mənzillərə verilən istilik sisteminin dayandırılmasına səbəb "Azəriqaz" İstehsalat Birliyinin xəbərdarlığıdır:

"Binaların istilik təchizatı mövsümə uyğun olaraq aprelin 15-dən dayandırılmalıdır. Lakin bəzi ərazilərdə qaz xəttində təmir işləri getdiyindən "Azəriqaz" bu barədə bizə xəbərdarlıq edib. Bu məqsədlə də bəzi ərazilərdə istilik sistemi dayandırılıb. Amma qaz olan ərazilərdə mənzillərə istilik verilir".

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev də Trend-ə faktı təsdiqləyib. Bildirib ki, qaz xəttində baş vermiş qəza ilə əlaqədar bəzi ərazilərə qazın verilişində məhdudiyyətlər olduğundan həmin ərazilərdə mənzillərin istilik təchizatında da problemlər yaranıb: "Problem qısa müddətdə aradan qaldırılacaq və istilik sisteminin fəaliyyəti bərpa olunacaq".

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler