» » Müntəzəm qaçış insan ömrünü 3 il uzada bilər

Müntəzəm qaçış insan ömrünü 3 il uzada bilər

Bölmə: Sosial, MARAQLI
Müntəzəm qaçış insan ömrünü 3 il uzada bilər
Müntəməz qaçışla məşğul olan insanlarda vaxtından əvvəl ölüm halları 40% az olur.

Xalqinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ayova Universitetinin ekspertlərinin apardıqları araşdırmalar deyir. Onların fikrincə, qaçış ömrü 3 il uzada bilər.

Araşdırma iştirakçılarının bir qismi həftədə 2 saat qaçırdılar. Müəyyən olunmuşdu ki, bütün araşdırma iştirakçıları qaçışla məşğul olsaydı, onların istənilən səbəbdən ölüm riski 16%, ürək tutmasından ölmə ehtimalı isə 25% azalmış olurdu.

Digər fiziki aktiv hərəkətlər də insana müsbət təsir göstərir. Belə ki, velosiped sürmək ölüm ehtimalını 12% azaldır.

Həftədə 4 saat qaçan iştirakçılarda isə ömür davamlılığı daha çox idi. Alimlər qaçışın insan ömrünü nə üçün uzatdığını tam aydınlaşdıra bilməsələr də, ehtimal kimi onun hipertoniya və piylənmənin qarşısını effektiv aldığını düşünürlər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler