» » "İran Xəzəryanı ölkələrlə əlaqələrini genişləndirmək istəyir"

"İran Xəzəryanı ölkələrlə əlaqələrini genişləndirmək istəyir" Həsən Ruhani

Bölmə: Sosial
"İran Xəzəryanı ölkələrlə əlaqələrini genişləndirmək istəyir"
Azərbaycan, Qazaxıstan, Türkmənistan və Rusiya İranın yaxın qonşularıdır və rəsmi Tehran Xəzər dənizi vasitəsilə bu ölkələrlə əlaqələrini daha da genişləndirmək istəyir.

Bu sözləri Gilan vilayətinə səfər edən İran Prezidenti Həsən ruhani mətbuat nümayəndələrinə açıqlamasında deyib.

H. Ruhani bildirib ki, Azərbaycan Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun çəkilməsinə investisiya yatırmaq niyyətindədir. Bu yolun istifadəyə verilməsi Hindistandan Rusiyaya, oradan isə Avropa ölkələrinə yüklərin tranzit daşınmasına imkan yaradacaq. Bu yol təkcə Azərbaycan, İran və Rusiya üçün deyil, digər ölkələr üçün də faydalı olacaq. Bəndər-Abbas limanını Rusiya ilə birləşdirəcək Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu beynəlxalq əhəmiyyətə malikdir.

Xatırladaq ki, Gilan vilayətinə səfər edən Prezident H. Ruhani burada 17 infrastruktur layihəsinin istifadəyə verilməsi mərasimində iştirak edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler