» » Naftalan nefti ilə 70-dən çox xəstəlik müalicə ediləcək - Tümendə

Naftalan nefti ilə 70-dən çox xəstəlik müalicə ediləcək - Tümendə

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Naftalan nefti ilə 70-dən çox xəstəlik müalicə ediləcək - Tümendə
Naftalan neftinin istifadəsi ilə ilk sağlamlaşdırma prosedurları Rusiyada ilk dəfə Tümenin Vilayət Kliniki Xəstəxanasının Reabilitasiya Mərkəzində aparılacaq.

Xalqinfo.az Trend-ə istinadən bildirir ki, xammal regiona Azərbaycandan tədarük olunur.

Mərkəzin müdiri Yuliya Nikolayeva TASS agentliyinə bildirib: "Mərkəzimizdə xüsusi neftin köməyi ilə 70-dən çox xəstəliyi müalicə edəcəyik. Yanmayan Naftalan neftinin istifadəsi ilə prosedur yalnız regionumuzdakı sanatoriyalarda aparılıb, indi isə bu müalicə üsulu xəstəxanamızda tətbiq olunacaq. Mərkəzdə stasionar müalicədə olan pasiyentlər üçün bu prosedur ödənişsiz olacaq".

Onun sözlərinə görə, tibb işçiləri Naftalan nefti ilə müalicədən applikasiya və ultrasəs tətbiq qismində istifadə edəcəklər:

"Pasiyentlərin müalicəsində təmizlənmiş Naftalan neftinin istifadəsi sümük-əzələ sistemi xəstəliklərindən, ağrı sindromundan xilas edir, bərpa və regenerasiya proseslərini sürətləndirir"

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler