» » Vahid sürücü forması:

Vahid sürücü forması: Sürücülər geyim tələbinə riayət etmir

Bölmə: Sosial
Vahid sürücü forması:
Hörmətli oxucular, xatırlayırsızsa bir müddət əvvəl ictimai nəqliyyatda fəaliyyət göstərən sürücülər üçün vahid forma müəyyənləşdirilmişdi.

Elə həmin dövrdə geyim qaydalarına riayət edilməsi sürücülərdən tələb edilir və əksəriyyət də buna riayət edirdi. İndi isə vahid geyim qaydasına demək olar ki riayət edən sürücü yoxdur. Apardığımız araşdırma bunu deməyə əsas verir.

Bir müddət əvvəl vahid forma ilə sükan arxasına əyləşən sürücülər, indi nə gəldi geyinirlər. Söhbət paytaxtda sərnişin avtobuslarının sürücülərindən gedir.
Xalqinfo.az xezerxeber.az-a istinadən bildirir ki, təxminən 2 ilə bundan əvvəl əksər daşıyıcı şirkət qarşısında vahid forma tələbi qoyulsada, indi buna əməl edən tapılmır. Sürücülər formalarının olmadığını müxtəlif bəhanələrlə izah edirlər.
Daşıyıcı şirkətlər bildirirlər ki, sürücülərin vahid forma geyinməməsinin səbəbi indi şirkətlər qarşısında bununla bağlı konkret tələbin qoyulmamasıdır.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, avtobus sürücülərinin vahid geyimə keçmə məsələsi hazırda agntliyi narahat edən ən asas məsələlərdən biridir. Həm bu həm də bu kimi digər məsələlərin həlli ilə bağlı qurum tərəfindən təkliflər planı hazırlaNara nazirlər kabinetinə göndərilib. bu tələblər təsdiq ediləndən sonra avtobus sürücülərinin vah,d formaya keçidi tam təmin ediləcək.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler