» » Bu gün Azərbaycana bahar gəlir

Bu gün Azərbaycana bahar gəlir

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Bu gün Azərbaycana bahar gəlir
Bahar bu gün Azərbaycana qədəm qoyacaq.

"Xalqinfo" xəbər verir ki, hadisə Bakı vaxtı ilə saat 14:28-də baş verəcək, gecə və gündüz bərabərləşəcək.

Qafqazda, Mərkəzi Asiyada və Uzaq Şərqdə yaşayan bir çox xalqlar yazın gəlişini tarixən müəyyən ortaq bayramlarla qeyd ediblər. Novruz bu bayramlar arasında miqyasına və özünəməxsus mərasimlərinə görə digərlərindən fərqlənir.

Müasir dövrdə Novruz təkcə yazın, baharın gəlişinin bayram edilməsi deyil, eyni zamanda, yeni təqvim ilinin – yeni günün başlanğıcı hesab olunur. Azərbaycanlıların Novruz, qırğızların Nooruz, özbəklərin Növroz, başqırd türklərinin Nevruz, tatarların Navruz, Krım türklərinin Nevrez adlandırdıqları bu bayram bir çox ölkələrdə hər ilin mart ayında geniş qeyd olunur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler