» » Şəkidə 80 yaşlı məhbus azadlığa çıxdı -

Şəkidə 80 yaşlı məhbus azadlığa çıxdı - Video

Bölmə: Sosial
Şəkidə 80 yaşlı məhbus azadlığa çıxdı -
Novruz bayramı ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamına əsasən məhbusların azad olunmasına başlanılıb.

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamına əsasən, Şəki Penitensiar Müəssisəsindən 14 nəfər azadlığa buraxılıb. Bu münasibətlə təşkil edilən tədbirdə hadisənin əhəmiyyətindən danışılıb.

Daha sonra əfv edilən məhkumlara buraxılış vərəqələri təqdim olunub. Azadlığa çıxanlar və onların ailə üzvləri, yaxınları çox sevincli olduqlarını dilə gətirərək, ölkə prezidentinə minnətdarlığını bildiriblər.

Əfv olunanlardan daha bir məhkumun isə 80 yaşı var. 1937-ci il təvəllüdlü Məmmədov Məmmədiyə Seyid oğlu qətldə təqsirləndirilərək Şəki Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 23 may tarixli hökmü ilə məhkum edilmişdi.

Qeyd edək ki, prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam 423 nəfərə şamil edilib.(ARB TV)


Şəkidə 80 yaşlı məhbus azadlığa çıxdı -
Şəkidə 80 yaşlı məhbus azadlığa çıxdı -
Şəkidə 80 yaşlı məhbus azadlığa çıxdı -
Şəkidə 80 yaşlı məhbus azadlığa çıxdı -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler